Nevroloq Dr. Jalə Qarayeva
Tutmalar tez-tez təkrarlanır?
Ayda dörd və daha çox tutma olursa, ağrıkəsicini ayda on gündən çox qəbul edirsinizsə və ya tutma ucbatından işdən, dərsdən qalırsınızsa, profilaktik müalicəni həkimlə müzakirə etməyin vaxtıdır.
Hayat Referans Hospital, Bakı, Mətbuat prospekti 35A

Dr. Jalə Qarayeva nevroloq və EEQ (elektroensefaloqrafiya) mütəxəssisidir. 2007-ci ildə Azərbaycan Tibb Universitetini bitirib, Respublika Kliniki Xəstəxanasında nevrologiya üzrə internatura keçib, sonra Türkiyədə, Ankara Gazi Xəstəxanasının nevrologiya kafedrasında ixtisaslaşıb.

İndiyədək dövlət və özəl klinikalarda çalışıb. Hazırda Hayat Referans Hospital-da qəbul aparır. Əsas istiqamətləri baş ağrıları və miqren, epilepsiya, yuxu və yaddaş pozğunluqları, başgicəllənmə, onurğa ilə bağlı ağrılardır.

Miqrenə yanaşma

Qəbulda əvvəlcə tutmaların xarakteri, tezliyi və qəbul olunan dərmanlar ətraflı soruşulur, nevroloji müayinə aparılır. Müayinə yalnız lazım olduqda təyin edilir. Müalicə planı iki hissədən ibarət olur: tutma zamanı nə etməli və tutmaları necə seyrəltməli. Nəticə gündəlik əsasında, rəqəmlərlə izlənilir.

Dr. Jalə Qarayeva "Sağlam həyat naminə" beynəlxalq elmi-tibbi jurnalında dərc olunmuş "Baş ağrıları" məqaləsinin müəllifi, "Milli Nevrologiya" jurnalında dərc olunmuş insult mövzusunda elmi məqalənin həmmüəllifidir. Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin (International Headache Society) konfransında, Azərbaycan və Türkiyədə nevrologiya üzrə çoxsaylı kurs və konfranslarda iştirak edib. "İlin həkimi" diplomuna layiq görülüb.

Ümumi nevrologiya mövzusunda məqalələr: nevroloq.az.

Təhsil və iş təcrübəsi

  1. 2001–2007
    Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi
  2. 2007–2008
    Respublika Kliniki Xəstəxanası, nevrologiya üzrə internatura
  3. Ankara Gazi Xəstəxanasının nevrologiya kafedrası, Türkiyə: nevrologiya üzrə ixtisaslaşma
  4. 5 il
    Müdafiə Nazirliyi MHP, nevroloq
  5. Dövlət və özəl klinikalarda nevroloq və EEQ mütəxəssisi
  6. İndi
    Hayat Referans Hospital, nevroloq